Nazirdən Biləsuvarda nə xahiş etdilər?

13 Dekabr 2019 22:50 Maraqlı 573
Nazirdən Biləsuvarda nə xahiş etdilər?

Gənclər və İdman naziri Azad Rəhimov Biləsuvarda rayon vətəndaşlarını qəbul edib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın Sportinfo.az-a verdiyi məlumata görə, qəbulda 10-dan çox vətəndaş iştirak edib.

Müraciətlər sırasında “Gənclər evi”nin müvafiq avadanlıqlarla təmin edilməsi, idman qurğularına idman avadanlığının verilməsi, yerlərdə təlim-məşq toplantısının keçirilməsi, iş ilə təmin olunma, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi yer alıb.

Onların bir qismi yerindəcə həll edilib, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı