Ardıcıl 2-ci dəfə qrup mərhələsinin bombardiri oldu

12 Dekabr 2019 15:25 Maraqlı 438
Ardıcıl 2-ci dəfə qrup mərhələsinin bombardiri oldu

Çempionlar Liqasının 2019/2020-ci illər mövsümünün yekunlaşan qrup mərhələsinin bombardiri rəsmən açıqlanıb.

Sportinfo.az xəbər verir ki, UEFA-nın təqdim etdiyi qoleadorlar cədvəlində ilk pilləni "Bavariya"nın hücumçusu Robert Levandovski tutur.

31 yaşlı polşalı forvard ardıcıl ikinci dəfədir ki, ÇL-in qrup mərhələsinin ən sərrast futbolçusu adını qazanır. Turnirdə vurduğu qolların sayını 63-ə çatdıran Levandovski yarışın bütün tarixinin bombardirlər siyahısında 5-ci pilləyə yüksəlib. Cari mövsüm 10 qol vuran polyakı qrupda 8 dəfə fərqlənən "Zalsburq"un 19 yaşlı hücumçusu Erlinq Haland izləyirdi.

Bombardirlər yarışmasında 3-cülüyü 6 qolla "Tottenhem"in hücumçusu Harri Keyn qapayıb. 6 futbolçu isə vurduğu 5 qolla 4-9-cu yerləri bölüşdürüb: Kilian Mbappe (PSJ), Rahim Sterlinq ("Mançester Siti), Son Hön-Min ("Tottenhem"), Dris Mertens ("Napoli"), Memfis Depay ("Lion"), Lautaro Martines ("İnter").

Qrup mərhələlərində bir mövsümdə ən çox qol vuran futbolçu Kriştiano Ronaldodur. "Yuventus"un 34 yaşlı ulduzu "Real"da oynadığı zaman (2015/2016) 11 dəfə fərqlənə bilib.

Qrup mərhələlərinin tarixi ərzində ümumilikdə ən çox qol vuran isə Lionel Messidir. "Barsa"nın liderinin aktivində 68 qol var. Əsas rəqibi Ronaldodan 5 top irəlidədir.

Digər Xəbərlər
Xəbər Lenti