"Qızıl buts"a əsas iddialılar - İmmobile, Levandovski və Vardi

10 Dekabr 2019 23:00 Maraqlı 1 607
"Qızıl buts"a əsas iddialılar - İmmobile, Levandovski və Vardi

Fransanın məşhur "L`Equipe" nəşrinin 1968-ci ildə əsasını qoyduğu və 1997-ci ildən "European Sports Media" ilə "Adidas" şirkətinin Avropanın daxili çempionatlarında hamıdan çox qol vuran futbolçulara təqdim etdiyi "Qızıl buts" mükafatı uğrunda mübarizə getdikcə gərginləşir.

Sportinfo.az xəbər verir ki, "Latsio" və İtaliya yığmasının hücumçusu Çiro İmmobile cari mövsüm A Seriyasında vurduğu 17 qolla 34 xal qazanıb və siyahıya liderlik edir.

Mükafatın son qalibi Lionel Messi hələlik sıralamada 10-cu pillədədir. Argentinalı La Liqada cari mövsüm 12 dəfə fərqlənib.

İtalyan futbolçunun ən yaxın izləyiciləri 16 qolla "Bavariya"dan Polşa yığmasının lideri Robert Levandovski və İngiltərə millisinin "Lester"dən forvardı Ceymi Vardidir.

Qiymətləndirmə ölkələrin UEFA reytinqindəki mövqeyindən asılı olaraq əvvəldən müəyyənləşdirilmiş əmsallar üzrə aparılır. Misal üçün, "Böyük beşlik" (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) çempionatlarında 1 qol 2 əmsalla qiymətləndirilir. UEFA-nın sıralamasında 6-22-ci yerləri bölüşdürən ölkələrin daxili çempionatlarında vurulan hər bir qola görə 1.5 əmsal verilir.

"Qızıl top"u son 12 ildə daha çox Messi (2009/10, 2011/12, 2012/13, 2016/17, 2017/18, 2018/19) və Kriştiano Ronaldo (2007/08, 2010/11, 2013/14, 2014/15) qazanıb. 2008/09-da Dieqo Forlan və 2013/14-də isə Luis Suares də bu mükafata layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!