Futbol əfsanəsindən qeyri-adi hərəkət: yerə yıxıldı və ağladı - 2 VİDEO

10 Dekabr 2019 16:56 Maraqlı 842
Futbol əfsanəsindən qeyri-adi hərəkət: yerə yıxıldı və ağladı - 2 VİDEO

Argentina Superliqasının 16-cı turunun "Ximnasiya" - "Kordoba" qarşılaşmasında maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, Dieqo Maradonanın baş məşqçisi olduğu La Plata klubu ardıcıl 4, ümumilikdə isə 9 oyun uğursuzluqdan sonra ilk qələbəsini qazanıb.

2:1 hesablı qalibiyyət eyni zamanda "Ximnasiya"nın cari mövsümdə evdə ilk qələbəsi olub. Yetirmələrinin ikinci qolu vurmasına inanılmaz sevinc hissilə reaksiya verən Maradona bu an müvazinətini itirərərk yerə yıxılıb. Yardımçılarının dəstəyilə ayağa qalxan canlı əfsanə qarşılaşmadan sonra verdiyi açıqlamada hisslərinə hakim ola bilməyib, ağlamağa başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!