Kuboku qazanıb qızıl medalı itirdi - VİDEO

9 Dekabr 2019 18:36 Maraqlı 895
Kuboku qazanıb qızıl medalı itirdi - VİDEO

Şotlandiya Liqa kubokunun qalibi məlum olub. Sportinfo.az xəbər verir ki, final qarşılaşmasında əzəli rəqib “Reyncers”lə üz-üzə gələn "Seltik" kuboku başı üzərinə qaldırıb.

Görüşü bir nəfər azlıqda keçirməsinə baxmayaraq, 1:0 hesablı üstünlüyü qoruyan Nil Lennonun komandası tarixində 19-cu dəfə baş mükafata sahib çıxıb.

Görüşün ardından təşkil edilən mükafatlandırılmadan sonra maraqlı hadisə yaşanıb. "Seltik"in yarımmüdafiəçisi Skot Braun boynundan asdığı qızıl medalını itirib. Hər yeri axtaran 34 yaşlı veteran futbolçu dəyərli medalını tapa bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti