Nömrəsini unudan futbolçu gülüş hədəfi oldu - VİDEO

9 Dekabr 2019 17:21 Maraqlı 1 109
Nömrəsini unudan futbolçu gülüş hədəfi oldu - VİDEO

"Monako" nun yarımmüdafiəçisi Temu Bakayoko Fransa Liqasının 17-ci turunun "Amyen" lə oyunu (3:0) zamanı gülməli vəziyyətə düşüb.

Sportinfo.az xəbər verir ki, görüşün sonlarında əvəz etmə zamanı hücumçu Jan-Kevin Aqustin meydana çıxanda tablodakı "14" rəqəmini görən kotdivuar əsilli fransız futbolçu meydanı tərk etməyə doğru mərkəz xəttinə yaxınlaşıb.

Lakin özünün əvəzlənmədiyini anlayan Bakayokonun yadına düşüb ki, o, artıq əvvəlki kimi, 14 nömrəli futbolka yox, 6 nömrədə oynayır. Yarımmüdafiəçinin bu hərəkəti özü ilə yanaşı azarkeşlərin də gülüşünə səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti