Matç zamanı tualetə getdi, bir neçə dəqiqəyə qayıtdı

6 Dekabr 2019 13:52 Maraqlı 945
Matç zamanı tualetə getdi, bir neçə dəqiqəyə qayıtdı

İngiltərə Premyer Liqasının 15-ci turunun "Arsenal" - "Brayton" qarşılaşmasında maraqlı hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, London klubunun 1:2 hesabı ilə məğlub olduğu görüşün 89-cu dəqiqəsində Pyer-Emerik Obameyanq bir neçə dəqiqəlik meydandan "yoxa çıxıb".

Sən demə, meydan sahiblərinin qabonlu forvardı ayaqyoluna gedib. Oyundan sonra bu barədə açıqlama verən "topçular"ın baş məşqçisi Fredrik Yunberq Obameyanqın 3 dəqiqə meydanda olmamasını belə izah edib: "Əgər özünü pis hiss edirsənsə, buna nəsə demək olmaz. O, 2-3 dəqiqəyə geri qayıtdı".

Digər Xəbərlər
Xəbər Lenti