Ronaldo birinci yerdədir, Messi siyahıda yoxdur - "Top-10"

4 Dekabr 2019 15:30 Maraqlı 1 942
Ronaldo birinci yerdədir, Messi siyahıda yoxdur -

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən məhsuldar futbolçularının siyahısını dərc edib.

Sportinfo.az xəbər verir ki, milli və qitəmiqyaslı klub turnirlərində ən çox qol vuranların siyahısında birinci pilləni Kriştiano Ronaldo tutur.

Portuqaliya yığması və "Yuventus"un liderinin aktivində 20 qol var. Onu 19 qolla ingiltərəli Harri Keyn izləyir.

"10-luq"

1.Kriştiano Ronaldo: Portuqaliya - 14, "Yuventus" - 6

2.Harri Keyn: İngiltərə - 12, "Tottenhem" - 7

3.Əli Mabhut: BƏƏ - 17, "Əl-Cəzirə" - 0

4.Rahim Sterlinq: İngiltərə - 8, "Mançester Siti" - 9

5.Ali Almoez: Qətər - 15, "Əl-Duhail" - 1

6.Robert Levandovski: Polşa - 6, "Bavariya" - 10

7.Omar əl-Somah: Suriya - 8, "Əl-Əhli" - 7

8.Lautaro Martines: Argentina - 8, "İnter" - 6

9.Olivye Jiru: Fransa - 6, "Çelsi" - 8

10.Eldar Şamurodov: Özbəkistan - 13, "Rostov" - 0

Digər Xəbərlər
Xəbər Lenti