Asiyada 2019-cu ilin ən yaxşı futbolçusu kim oldu?

4 Dekabr 2019 11:31 Maraqlı 447
Asiyada 2019-cu ilin ən yaxşı futbolçusu kim oldu?

Asiyada 2019-cu ilin ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gətirilib.

Sportinfo.az xəbər verir ki, bu ada Cənubi Koreya yığması və “Tottenhem”in hücumçusu Son Hön-Min layiq görülüb.

Asiya Futbol Konfederasiyasının rəsmi saytının yaydığı xəbərdə 27 yaşlı hücumçunun 3-cü dəfə bütün rəqiblərini qabaqladığı qeyd olunub. O, cari mövsüm London klubunun heyətində keçirdiyi 18 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.

2015 və 2017-ci illərdə də qitənin ən yaxşı futbolçusu seçilən Hön-Minin budəfəki uğuru artıq Asiya futbolunda rekorddur. İndiyə qədər heç bir futbolçu 3 dəfə qitənin ən yaxşı seçilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!