Şevçenko 2019-cu ilin ən yaxşı məşqçisi oldu

3 Dekabr 2019 15:51 Maraqlı 1 086
Şevçenko 2019-cu ilin ən yaxşı məşqçisi oldu

Ukrayna milli komandasını AÇ-2020-yə çıxaran Andrey Şevçenko ölkəsində 2019-cu ilin ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı əfsanəvi veteran futbolçu 2016-cı ildən çalışdırdığı yığmanı AÇ-2020-nin final mərhələsinə çıxarıb.

Seçmə mərhələni qrup lideri kimi tamamlayan ukraynalılar tarixlərində ilk dəfə ili məğlub olmadan başa vurublar. Ukraynada ilin ən güclü qapıçısı "Şaxtyor" və millinin təcrübəli siması Andrey Pyatov seçilib. "Mançester Siti"nin 22 yaşlı yarımmüdafiəçisi Aleksandr Zinçenko isə Ukraynanı xaricdə ən layiqli formada təmsil edən legioner adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti