Dünya ondan danışır - 25 yaşı var, amma... FOTOLAR

27 Yanvar 02:30 Hadisə 969
Dünya ondan danışır - 25 yaşı var, amma... FOTOLAR

Dünyanın ən yaxşı qadın futbolçuları ən azı üç ildir ki, “Barselona”da oynayırlar.

Aleksia Putellas 2021 və 2022-ci illərdə “Qızıl top”u, Aitana Bonmati isə 2023-cü ildə bu mükafatı qazanıb.

Onlara bu mükafatları qazanmağa kim kömək edir? Cavab: "Barselona"nın yarımmüdafiəçisi İnqrid Engen. Gəlin onunla tanış olaq.

İnqrid 1998-ci ilin aprelin 29-da Norveçin kiçik Melhaus kommunasında anadan olub. O, uşaq yaşlarından futbol oynamağa başlayıb. 16 yaşında peşəkar komandada - "Trondheym-Ern"də debüt edib.

2018-ci ildə İnqrid Lillestromun LSK klubuna keçdi. Buradakı ilk mövsümündə ilk titullarını qazanıb. 20 yaşında komandasının "qızıl dubl" etməyində, Norveç çempionu olmasında və ölkə kubokunu qazanmasında əsas pay sahiblərindən biri olub. Engen 30 oyunda meydana çıxıb. Bundan sonra qadın futbolunun aparıcı klubları ona diqqət yetirməyə başlayıblar.

2019-cu ildə İnqrid Almaniya təmsilçisi "Volfsburq"la müqavilə imzaladı. Burada da kuboklar qazanmağa davam etdi. Qadınların Bundesliqasınun və Almaniya Kubokununun hərəsində 2 dəfə qalib oldu.

Davam etmək lazımdır. Qızıl medalları başqa harada toplmağa davam edə bilərsiniz? Əlbəttə ki, Kataloniyada. İnqrid 2021-ci ildə "Barselona"ya transfer olundu. Burada da ənənəsinə sadiq qaldı. Ölkə çempionatında, Superkubokda (hər biri iki dəfə ) və Kral Kubokunda, həmçinin Çempionlar Liqasındakı qələbələri ilə şəxsi muzeyini daha da zənginləşdirdi.

Ötən şənbə günü "Barselona" "Levante"ni 7:0 hesabı ilə məğlub edərək İspaniya Superkubokunu qazandı. Start heyətində meydana çıxan 25 yaşlı qəhrəmanınız turnirin üçqat qalibi oldu!

İnqrid Norveç millisinin də liderlərindən biridir. Bəlkə də bir nəslin ən istedadlı yerli futbolçusudur. O, bütün aşağı yaş qrupları üzrə milli komandalarda oynayıb. İndi isə əsas yığmanın aparıcı üzvüdür. 25 yaşına qədər o, artıq Norveç millisi üçün 67 oyun keçirib.

Engenin millidə də titulu var. 2019-cu ildə komanda qadın futbolunda ən əlamətdar turnirlərdən biri olan Alqarve Kubokunu qazanıb.

25 yaş və 14 kubok! Onun hələ qarşıda illəri var. Yəqin ki, karyerasındakı titulların sayı daha çox olacaq.

Heybət Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti