Qar yağacaq, yollar buz bağlayacaq - Günün hava şəraiti

27 Yanvar 12:10 Gündəm 1 103
Qar yağacaq, yollar buz bağlayacaq - Günün hava şəraiti

Hava şəraiti haqqında növbəti məlumat açıqlanıb.

Azərbaycanın rayonlarında hava şəraiti dəyişəcək.

Yanvarın 27-si səhər qərb rayonlarından başlayaraq 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var. Yanvarın 28-i gündüz yağıntıda fasilə olacaq.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

Digər Xəbərlər
Xəbər Lenti