"Azərbaycana qayıtmağım alınmayacaq, burada qalacam"

27 Yanvar 02:50 Gündəm 1 547
"Azərbaycana qayıtmağım alınmayacaq, burada qalacam"

Macarıstan mətbuatı "Uypeşt"in futbolçusu Matiya Lyuyiçin karyerasını yenidən Azərbaycanda davam etdirəcəyini iddia edib.

Serbiyalı futbolçu sportal.az-a bununla bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Lyuyiç Macarıstanı tərk etməyi planlaşdırmadığını bildirib:

"Azərbaycana qayıtmağım alınmayacaq. Mən mövsümün sonuna qədər “Uypeşt”də qalacam".

30 yaşlı futbolçu ötən mövsüm “Uypeşt”dən ayrılaraq icarə əsasında “Səbail”ə keçmişdi.

Lyuyiç karyerası ərzində “Rad”, “Jalqris”, “Vellinqton”, “Belenenseş”, “Bney Yehuda”, “Kanvon”, “Hapoel Hayfa” komandalarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti