"Elə deyil? Bəs niyə ilk dəfə qalib olmasın?" - "Milan"dan

27 Yanvar 01:40 Avropa Liqası 1 391
"Elə deyil? Bəs niyə ilk dəfə qalib olmasın?" -

"Milan"ın yarımmüdafiəçisi Alessandro Florenzi komandasının Avropa Liqasında qarşılarına maksimum hədəf qoyduqlarını qeyd edib.

Sportinfo.az xəbər verir ki, “pianetamilan.it” portalına danışan təcrübəli futbolçu AL-i qazanmaq istədiklərini söyləyib:

"Milan" heç vaxt bu turnirdə qalib olmayıb. Elə deyil? Bəs niyə ilk dəfə qalib olmasın? Məqsədimiz Avropa Liqasında qalıb olmaqdır”.

“Milan” bu mövsüm Çempionlar Liqasında F qrupunda “Borussiya”, PSJ və “Nyukasl”la mübarizə aparıb.

Onlar qrupda üçüncü yeri tutaraq, avrokuboklardakı yoluna AL-də davam etmək hüququ qazanıb. İtaliya klubu pley-off mərhələsində “Renn”i sınağa çəkəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"