Azarkeşi tutmaq istədi, müdafiəçini zədələdi - VİDEO

17 Noyabr 2019 17:30 Maraqlı 706
Azarkeşi tutmaq istədi, müdafiəçini zədələdi - VİDEO

Polşa millisinin müdafiəçisi Tomaş Kenjora AÇ-2020-nin İsraillə səfər oyununda xoşagəlməz hadisə ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, polyakların qələbə qazandığı qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə meydana azarkeş daxil olub.

Robert Levandovski ilə görüşmək üçün meydanboyu qaçmağa başlayan azyaşlı fanat maraqlı görüntülərə səhnə olub. Azarkeşi tutmağa çətinlik çəkən mühafizəçilərdən biri bu arada təsadüfən Kiyev "Dinamo"sunun futbolçusu Kenjoranın ayağına sürüşmə fəndi tətbiq edib.

Zədələnərək 2 dəqiqə yerdə qalan 25 yaşlı müdafiəçi həkimlərin müdaxiləsindən sonra ayağa qalxıb. Meydana girən azarkeş isə arzusuna çataraq Levandovski ilə görüşüb. Fanat yenidən qaçaraq meydandan çıxmağa çalışıb, təhlükəsizlik əməkdaşları isə bu dəfə onu yerə yıxmağa nail olub.

Sonradan hakim oyuna daha 2 dəqiqə əlavə edib. Lakin İsrail yığması bərabərlik qolunu vura bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti