İbrahimoviç xəbər göndərdi: "1 milyon verin, gəlim"

16 Noyabr 2019 20:27 Maraqlı 903
İbrahimoviç xəbər göndərdi: "1 milyon verin, gəlim"

Yenidən İtaliyaya qayıdacağı gündəmdə olan Zlatan İbrahimoviçin geri dönüşü, belə getsə, alınmayacaq.

Sportinfo.az xəbər verir ki, "Los Anceles Qalaksi" ilə vidalaşan isveçlinin xidmətində 4 İtaliya klubu maraqlı olsa da, maliyyə sarıdan anlaşılmazlıq var.

38 yaşlı skandinaviyalı agenti vasitəsilə klublara xəbər göndərib: "Ayıma 1 milyon avro verin, gəlib oynayım".

Lakin Zlatanı heyətində görmək istəyən "Milan", "Napoli", "Bolonya", həmçinin "Roma" daha az məbləğə anlaşmaq fikrindədir. Bu komandalardan yalnız milanlılar transfer üçün daha çox səy göstərir. "Rossonerlər" 6 aylıq müqavilə üçün 4 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər. Qarşı tərəf konkret cavab verməyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda