Luis Suares Rəşad Sadıqovu geridə qoydu

16 Noyabr 2019 14:30 Maraqlı 1 156
Luis Suares Rəşad Sadıqovu geridə qoydu

Uruqvay millisinin lideri Luis Suares yığmamızın sabiq kapitanı Rəşad Sadıqovu geridə qoyub.

Sportinfo.az xəbər verir ki, "Barselona"nın 32 yaşlı forvardı "Qarabağ"ın müdafiəçisini millidəki oyun sayına görə üstələyib.

Cənubi amerikalı futbolçu buna dünən millimizin AÇ-2020-nin seçmə mərhələsindəki rəqibi Macarıstanla yoldaşlıq görüşündə nail olub.

Macarları 2:1 hesabı ilə məğlub edən Uruqvay miilisinin heyətində 45 dəqiqə meydanda olan Suares yığma karyerasında oyun sayını 112-yə çatdırıb. Millimizin keçmiş lideri isə Rusiya yığmasının qapıçısı İqor Akinfeyev, məşhur kolumbiyalı Karlos Valderrama, ukraynalıların qüruru Andrey Şevçenko kimi veteranlarla eyni sayda - 111 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti