Həmkarının villasını 4 milyona aldı, kirayədən canı qurtardı

16 Noyabr 2019 14:15 Maraqlı 565
Həmkarının villasını 4 milyona aldı, kirayədən canı qurtardı

"Liverpul"un baş məşqçisi Yürgen Klopp Mersisayd bölgəsinin Formbi qəsəbəsində özünə ikimərtəbəli malikanə alıb.

Sportinfo.az xəbər verir ki. alman mütəxəssisin aldığı ev "qırmızılar"ın keçmiş baş məşqçisi Brendan Rocersə məxsus olub.

Klopp hazırda "Lester Siti"ni çalışdıran və Premyer Liqada turnir cədvəlində ikinci pillədə qərarlaşan Rocersə villa qarşılığında 4.4 milyon avro ödəyib. Alman çalışdırıcı bununla da kirayə və yüksək vergidən canını qurtarıb.

Digər Xəbərlər
Xəbər Lenti