Tarix 99 ilə yeniləndi

16 Noyabr 2019 13:32 Maraqlı 668
Tarix 99 ilə yeniləndi

AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində dünən Kadisdə keçirilmiş İspaniya - Malta oyunundan sonra 99 ilin rekordu yenilənib və bir çox maraqlı faktlar qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, pireneylilərin 7:0 hesablı qələbəsində qolların hamısını ayrı-ayrı futbolçular vurublar - Alvaro Morata, Santi Kasorla, Pau Torres, Pablo Sarabiya, Dani Olmo, Xerar Moreno və Xesus Navas.

Bu göstərici ispanların son 99 illik tarixində ilkdir. 7:0 hesablı qələbə Robert Morenonun komandasının tarixi ərzində bir oyunda 13-cü dəfə 7-dən çox qol vurması ilə yadda qalıb.

Sonuncu belə hesab 48 il əvvəl - 1971-cü ildə Kiprlə qarşılaşmada reallaşıb. İspaniya tarixinin ən böyük hesablı qələbəsi 1933-cü il mayın 21-də Bolqarıstanla matçda qeydə alınıb - 13:0.

0:7 hesablı məğlubiyyət 8-ci dəfə ispanlarla qarşılaşan Malta üçün ilk deyil. "Cırtdanlar"ın Pireney yarımadası millisinə ən böyük məğlubiyyəti AÇ-1984-ün 1983-cü ildə keçirilmiş duelində olub - 12:1.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!