Keçmiş "Bakı"lı dünya çempionları ilə bir arada

14 Noyabr 2019 18:49 Maraqlı 512
Keçmiş "Bakı"lı dünya çempionları ilə bir arada

2011/2013-cü illərdə "Bakı"nın heyətində çıxış etmiş Maris Verpakovskis magistraturanı başa vurub.

Sportinfo.az xəbər verir ki, "Xetafe", "Selta" və Kiyev "Dinamo"sunda forma geyinmiş Latviya yığmasının sabiq lideri UEFA-nın magistr proqramı üzrə təhsilini uğurla yekunlaşdırıb.

40 yaşlı veteran qurumun son 2 ildə dünyanın müxtəlif şəhərlərində keçirdiyi 7 seminarda iştirak edib. Tədbirlərin hər biri ayrı-ayrılıqda futbolun idarəetmə sistemindəki ardıcıl prosedurları özündə birləşdirən proqram olub.

Kursu uğurla başa vuranlar arasında məşhurlardan Fransa ilə 1998-ci ildə dünya çempionu olmuş Yuri Corkaeff, 2002-ci ilin dünya çempionu - braziliyalı Jilberto Silva və məşhur kamerunlu hücumçu Patrik Mboma da var.

Tarixə qovuşmuş "Bakı"nın heyətində 27 oyun keçirmiş Verpakovskis 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı