"Beqoviç "Qarabağ"da yaxşı çıxış edir" - Robert Prosineçki

14 Noyabr 2019 16:14 Maraqlı 588
"Beqoviç "Qarabağ"da yaxşı çıxış edir" - Robert Prosineçki

Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qapıçısı Asmir Beqoviçin atası Amir Beqoviçin tənqidlərinə cavab verib.

Sportinfo.az xəbər verir ki, yığmamızın sabiq çalışdırıcısı "Federalnu TV"yə müsahibəsində 32 yaşlı qolkiperi milliyə çağırmamasına aydınlıq gətirib və Beqoviçin atasının sözlərinə cavab verib:

"İttihamlarla bağlı mən də eşitmişəm. Beqoviç uzun müddət oynamadı. Çıxış yolu tapdı və "Qarabağ"a getdi. Orada da çox yaxşı çıxış edir. Biz bundan məmnunuq. Hər kəsin öz fikirləri var, o cümlədən Amir Beqoviçin də tənqid etmək hüququ var. Mən buna çox əhəmiyyət vermirəm. Bilirik ki, milli komanda üçün əlimizdən gələni edirik".

Amir Beqoviç sosial şəbəkədə oğlunun yığmadan kənarda qalmasına baş məşqçi Robert Prosineçki yox, Bosniya və Heresqovina Futbol İttifaqının prezidenti Elvedin Begiçin qərar verdiyini qeyd edib. Amir 50 yaşlı mütəxəssisi "təlxək" adlandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!