Şəhriyar gerilədi, Teymur irəlilədi - Növbəti reytinq siyahısı

2 Fevral 08:30 Şahmat 652
Şəhriyar gerilədi, Teymur irəlilədi - Növbəti reytinq siyahısı

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Şəhriyar Məmmədyarov (2723) 26-cı pilləyə geriləyib. Şəhriyarla eyni xala malik Teymur Rəcəbov (2723) isə iki pillə irəliləyib və 25-ci yerdə qərarlaşıb.

Rauf Məmmədov (2651) 88-ci, yenidən "100-lüy"ə qayıdan Nicat Abasov (2641) isə 96-cıdır.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir. Onu ABŞ-nin şərəfini qoruyan Fabiano Karuana (2804) və Hikaru Nakamura (2788) izləyir.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2449) 26-cı sıradakı yerini qoruyub. Ülviyyə Fətəliyeva (2384) 65-ci, Gövhər Beydullayeva (2374) 76-cı, Gülnar Məmmədova (2351) 100-cüdür.

Çinli Yifan Hou (2632) reytinqdə birincidir. İkinci pillədə onun həmyerlisi Venyun Yu (2559) yer alıbsa, hindistanlı Humpi Koneru (2554) üçüncüdür.

Xəbər Lenti