"Traktor" azarkeşləri saxlanıldı

13 Noyabr 2019 15:00 Maraqlı 634
"Traktor" azarkeşləri saxlanıldı

İran İslan Respublikasının Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Müavini Hüseyin Zülfəqari "Traktor" - "Esteqlal" oyununda 7 azarkeşin saxlanıldığını bildirib.

Sportinfo.az İRNA agentliyinə istinadən xəbər verir ki, o, azarkeşlərin saxlanılmasının onların idmanla əlaqəsi olmayan davranışları ilə bağlı olduğunu deyib. Zülfəqari bildirib ki, daha 3-4 nəfər plakatla əlaqədar olaraq təhlükəsizlik qüvvələri tərəfindən axtarılır.

İranın daxili işlər nazirinin müavini "Traktor" - "Esteqlal" oyununda azərbaycanlı azarkeşlərin davranışının ölkənin milli təhlükəsizliyinə zidd olduğunu və bu şəxslərin qanuna uyğun olaraq cəzalandırılacağını deyib.

Qeyd edək ki, Təbrizdəki "Səhənd" stadionunda keçirilən matç zamanı "Traktor" fanartları Türkiyənin Suriyanın şimalında başlatdığı `Barış Pinarı` əməliyyatına "əsgər salamı" ilə dəstək veriblər. Bəzi tərəfdarlar stadionda Azərbaycan və Türkiyə bayraqlarını nümayiş etdiriblər.

Oyun zamanı azarkeşlərin açdığı plakat İran mediasında ən çox reaksiyaya səbəb olub. Plakatın üzərində ingiliscə və ərəb əlifbası ilə Azərbaycan dilində "Seçim sizin: Çexoslovakya, yoxsa Yugoslaviya" yazılıb. Bu şüar Çexoslovakiyanın dinc şəkildə Çexiya və Slovakiyaya ayrılmasına və Yuqoslaviyada bir neçə ölkənin müstəqilliyinə səbəb olan qanlı vətəndaş müharibəsinə işarə edir.

Digər Xəbərlər
Xəbər Lenti