Növbəti Avropa çempionatının keçiriləcəyi şəhər

13 Noyabr 2019 00:14 Maraqlı 688
Növbəti Avropa çempionatının keçiriləcəyi şəhər

Yay idman növləri üzrə növbəti Avropa çempionatının keçiriləcəyi şəhər müəyyənləşib. Sportinfo.az xəbər verir ki, yarış 2022-ci ildə Almaniyanın Münhen şəhərində baş tutacaq.

Turnirdə atletika, volesiped idmanı, qolf, gimnastika, akademik avarçəkmə və triatlon yarışları olacaq. Avropa çempionatının 11 - 22 avqust tarixində keçirilməsi planlaşdırılır.

Yay idman növləri üzrə ilk Avropa çempionatı 2018-ci ildə Şotlandiyanın Qlazqo şəhərində və Almaniyanın paytaxtı Berlində keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti