İsrafilov izləyir, Zozulya mükafat qazanır - FOTO

12 Noyabr 2019 21:05 Maraqlı 539
İsrafilov izləyir, Zozulya mükafat qazanır - FOTO

İspaniyanın 1-ci divizionunda mübarizə aparan "Albasete"nin futbolçusu diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilov əsas heyətin daimi üzvü olmağa çətinlik çəksə də, ukraynalı hücumçu Roman Zozulya işinin öhdəsindən layiqincə gəlir.

İki ildir klubun şərəfini qoruyan hücumçu oktyabr ayının ən yaxşı futbolçusu seçilib. Ukraynalı forvard cari mövsüm Balompe klubunda sərgilədiyi oyun və vurduğu 3 qol sayəsində azarkeşlərin səsverməsi ilə qalib adını qazanıb.

"Albasete" 15 turdan sonra topladığı 22 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"