Mübariz Mənsimovdan Sportinfo.az-ın xəbərinə REAKSİYA - VİDEO

25 Oktyabr 2019 16:21 Maraqlı 1 585
Mübariz Mənsimovdan Sportinfo.az-ın xəbərinə REAKSİYA - VİDEO

"Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov Sportinfo.az-da gedən xəbərə münasibət bildirib. Söhbət "Mübariz Mənsimovla bağlı AFFA-dan gülməli qadağa!" (https://www.sportinfo.az/idman_xeberleri/azerbaycan_futbolu/69919.html) başlıqlı məlumatdan gedir.

Türkiyədə yaşayan və işləyən biznesmen "Vay zavallı insanlar" yazıb və sosial şəbəkə üzərindən yazdıqlarımıza reaksiya verib. O, bununla bağlı video paylaşıb.

Məsələ ondadır ki, AFFA nəzarətindəki klublara Mübariz Mənsimovla bağlı xüsusi göstəriş verib. "Xəzər Lənkəran"ın sahibinin sosial şəbəkə profilllərinə üzv olmağa, paylaşımlarını "layk" etməyə qadağa qoyulub.

Artıq bu xəbərdarlıq Premyer Liqa təmsilçiləri tərəfindən futbolçuların diqqətinə çatdırılıb.

Mənsimov bildirib ki, saytımızdakı məlumatdan dostu vasitəsilə xəbər tutub. O, AFFA-nın göstərişini gülüşlə qarşılayıb və bunu "komediya" adlandırıb: "Bunların işi-gücü qurtarıb. Gülüb keçmək lazımdır".

Əlavə edək ki, informasiya yayılandan sonra federasiyaya bağlı klubların bir neçə futbolçusu redaksiyamızla əlaqə saxlayaraq, belə halın olmasını təsdiqləyib.

Onların sözünə görə, federasiya Mənsimovun sosial şəbəkə ünvanlarını daim diqqət mərkəzində saxlayır və hansı futbolçu onun paylaşımlarını bəyənərsə, klub rəsmiləri vasitəsilə "layk"ın silinməsi çıxması tələb edilir.

Digər Xəbərlər
Xəbər Lenti