Şuşa klubunun avrokuboklarda rəqibi müəyyənləşdi FOTO

20 İyul 2023 02:30 Voleybol 742
Şuşa klubunun avrokuboklarda rəqibi müəyyənləşdi FOTO

Voleybol üzrə Çempionlar Liqası, "CEV kuboku" və "Challenge Cup" yarışlarının püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, Lüksemburqda təşkil edilən tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edən klublarının da rəqibləri bəlli olub.

Ölkəmizi qadınlar arasında "Challenge Cup"da təmsil edən "Azərreyl"in ilk rəqibi Ukraynadan "SC Balta" olub.

Son ölkə çempionu 1/32 final mərhələsindən mübarizəyə başlayacaq. Cütün ilk oyunu 10-12 oktyabr, ikinci matç isə 17-19 oktyabr tarixlərində keçiriləcək.

Avrokuboklarda debüt edəcək kişilərdən ibarət "Xarı bülbül Şuşa"nın rəqibi isə "TJ Spartak Myjava" (Slovakiya) olub.

Şuşa təmsilçisi mübarizəyə 1/32 finalda start verəcək. Komandaların birinci oyunu 24-26 oktyabr, cavab görüşü isə 31 oktyabr-2 noyabr tarixlərində keçiriləcək.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!