"Ekstraklassaya qədər qalxacam" - Avropadakı legionerimiz

20 İyul 2023 02:40 Bizimkilər 851
"Ekstraklassaya qədər qalxacam" - Avropadakı legionerimiz

Polşa dördüncü liqasında yarışan "Şeçinek"də oynamış Ricat Qarayev yeni mövsümə daha yuxarı liqada başlayacaq.

Azərbaycanın U-19 və U-21 yığmasında oynamış müdafiəçi üçüncü divizionda yarışan "Flot"la anlaşıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə sportal.az-a açıqlama verib:

"Flot” mənə qışda təklif göndərmişdi. Sadəcə, sənəd məsələsinə görə yaya kimi əvvəlki komandamda qalası olmuşdum.

İndiki komandam daha yüksək liqada mübarizə aparır. Fikrmcə, bu keçid karyeram üçün daha uğurlu olacaq.

Düzü, başqa təkliflər var idi. "Şeçinek"in "Flot"la təklifi arasında fərq yox idi.

Sadəcə, daha üst liqada oynamaq istəyirdim deyə, indiki komandamı seçdim. Artıq bir ildir ki, Polşadayam və komanda yoldaşlarımla, məşqçi ilə polyak dilində ünsiyyət qurmaqda çətinlik çəkmirəm.

Artıq daha üst liqadayam. Bununla kifayətlənmirəm. Öz üzərimdə daha çox işləyib, Ekstraklassaya qədər qalxacam. Buna çox inanıram".

Digər Xəbərlər
Xəbər Lenti