Azərbaycanın təmiz qolunu saymayan hakimlə bağlı ilginc - VİDEO

14 Oktyabr 2019 16:02 Maraqlı 1 258
Azərbaycanın təmiz qolunu saymayan hakimlə bağlı ilginc - VİDEO

AÇ-2020-nın seçmə mərhələsinin E qrupunda keçirilmiş Macarıstan - Azərbaycan (1:0) qarşılaşmasında millimizin müdafiəçisi Bəhlul Mustafazadənin 90+3-cü dəqiqədə vurduğu qolu qeydə almayan baş hakim Denis Hiqlerlə bağlı maraqlı məlumat üzə çıxıb.

Sportinfo.az xəbər verir ki, dünən Budapeştdə Azərbaycanın təmiz qolunu saymayan 34 yaşlı niderlandlı referi 2 il əvvəl məzh VAR sisteminin köməyilə qəhrəmanlıq göstərib.

Hadisə 2017-ci ildə Niderland Kubokunun yarımfinal mərhələsinin "Alkmaar" - "Kambur" görüşündə qeydə alınıb. Ev sahibi komanda oyunun əsas vaxtına artırılmış 3-cü dəqiqədə baş zərbəsiylə hesabı açıb. Qarşılaşmanın əsas hakimi Kevin Blumun diqqətindən yayınan qayda pozuntusunu məhz VAR otağında Dennis Hiqler müəyyən edib.

Meydan sahiblərinin qolu inanılmaz çılğınlıqla qeyd etdiyi bir məqamda Hiqler baş hakimi xəbərdar edib və videotəkrara baxılandan sonra 90+3-cü dəqiqədə vurulan qol qeydə alınmayıb. Əsas və əlavə vaxtı 0:0 bitən görüşü penalti zərbələrilə "Alkmaar" qazanıb - 3:2.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı