"Şah" Balayevlə getdiyi məkanda sevgi ilə qarşılandı - FOTOLAR

11 Dekabr 2022 22:20 Maraqlı 724
"Şah" Balayevlə getdiyi məkanda sevgi ilə qarşılandı - FOTOLAR

Milli komandamızın qolkiperləri - Şahruddin Məhəmmədəliyev və Emil Balayev "Kinderland" uşaq əyləncə mərkəzində olublar.

AFFA-nın dəvəti ilə baş tutan görüş kifayət qədər maraqlı alınıb. Təkcə uşaqlar deyil, işçi heyəti də burada oyunçulara böyük maraq göstərib.

"Qarabağ" və "Səbail"in "bir nömrə"ləri təxminən 2 saat əyləncə mərkəzində uşaqlarla zaman keçiriblər.

Futbolçular azyaşlılarla müxtəlif idman növlərində qüvvələrini sınayıblar. Təbii ki, futbol oyunu da keçirilib.

Sonda uşaqlara imza paylayan tanınan simalar, onlarla foto çəkdirməyi də unutmayıblar.

"Şah"ın milli komandadakı 12 nömrəli formasını uşaqlardan birinə hədiyyə etdiyini də bildirək.

Əyləncəli anların fotolarını "Qarabağ"lı öz "İnstaqram" hesabından da paylaşıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti