Klubdan göndərilən sabiq milli üzvü kimlərə mesaj ünvanladı? - FOTO

4 Dekabr 2022 23:00 Maraqlı 892
Klubdan göndərilən sabiq milli üzvü kimlərə mesaj ünvanladı? - FOTO

Samir Abasovun "qara siyahısı"na düşən adlardan birinin Araz Abdullayev olduğunu bir neçə gün əvvəldən xəbər vermişdik.

Bu gün "Kəpəz"lə (1:0) oyundan sonra komandanın baş məşqçi Samir Abasov özü də təcrübəli futbolçunun komandadan göndərildiyini təsdiqlədi.

Abdullayev isə hazırda fərdi məşqlərlə məşğuldur. O, bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

Milli komandamızın sabiq üzvü tərli halda fotosunu paylaşaraq "İyi hiss edirəm. Əlhəmdülillah" sözlərini yazıb.

Sonuncu dəfə 4 ay əvvəl paylaşım etməsi ilə yadda qalan oyunçunun indiki məqamda aşkara çıxmasının mütləq ki, bir sirri var.

Düşünmək olar ki, 31 yaşlı yarımmüdafiəçi paylaşımda formada olduğunu göstərməklə onu komandadan yola salan Samir Abasova mesaj göndərmək istəyib.

Bunu yeni müştərilərə "mən də varam" ismarıcı kimi də qəbul etmək olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti