Qurban Qurbanovu gözləyən bu şəxs kimdir? - BU VİDEOYA İLK DƏFƏ BAXACAQSIZ…

31 Oktyabr 2022 20:00 Maraqlı 1 243
Qurban Qurbanovu gözləyən bu şəxs kimdir? - BU VİDEOYA İLK DƏFƏ BAXACAQSIZ…

Premyer Liqanın 12-ci turunun "Şamaxı" - "Qarabağ" oyunundan sonra (0:4) qonaqların baş məşqçisi Qurban Qurbanov surpriz qonaqla qarşılaşdı.

Söhbət matçı izləyənlər arasında yer alan Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadədən gedir.

İsmayıl bəy qarşılaşmanın əvvəlində bəndənizə yaxınlaşıb, Qurbanovla görüşmək istəyini bildirdi.

Fasilədə onun istəyi barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə məlumat verdim.

Məsləhət olundu ki, belə bir görüş yalnız komanda arenanı tərk edəndə mümkün ola bilər.

Elə belə də oldu. Klubun avtobusunun yanında təxminən 15-20 dəqiqəlik gözləmədən sonra Qurbanov görünməyə başladı.

Tərəflər arasında baş tutan qısa dialoqda sədr Qurbanova uğurlar arzuladı və onu çox istədiklərini dilə gətirdi. Sonda isə xatirə fotosu çəkildi.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anın görüntülərin sizə təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti