“Kəpəz”dən nəcib addım – Şəhidlərin ruhuna ehtiram, ailələrinə xüsusi diqqət

16 Oktyabr 2022 16:00 Maraqlı 452
“Kəpəz”dən nəcib addım – Şəhidlərin ruhuna ehtiram, ailələrinə xüsusi diqqət

“Kəpəz” rəsmiləri “Neftçi” ilə Gəncədə keçirilən oyunda 44 günlük Vətən müharibəsində şəhid olanların ruhuna və onların ailəsini xüsusi hörmət göstərməklə yadda qaldı.

Hər iki komandanın futbolçularının meydana şəhidlərin övladları ilə ayaq basması və həmin an azyaşlıların keçirdiyi sevinc və fəxr hissini yaxından görməyə dəyərdi. 2 il əvvəl Gəncəyə atılan raket nəticəsində dağıntılar altından sağ çıxmış uşaqların topa ilk toxunuşu etməsi də qürurverici an kimi tarixdə qalacaq.

Tribunalarda da şəhidlərin ruhuna ehtiram göstərilmişdi. Azarkeş buraxılmayan tribunalardan birinə Gəncə şəhidlərinin şəkilləri yerləşdirilmişdi ki, bu, simvolik anlamda Qarabağın işğaldan azad olunması uğrunda canından keçmiş qardaşlarımızın orada yer alması demək idi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti