Azərbaycanda dayı-bacoğlu duelinə sabiq klub rəsmisindən MARAQLI REAKSİYA - - VİDEO+FOTO

16 Oktyabr 2022 23:40 Maraqlı 818
Azərbaycanda dayı-bacoğlu duelinə sabiq klub rəsmisindən MARAQLI REAKSİYA - - VİDEO+FOTO

Azərbaycan Premyer Liqasında ikinci dövrə "Şamaxı" - "Qəbələ" qarşılaşması ilə start götürdü.

Gərgin keçən oyun qonaqların növbəti xal itkisi ilə yekunlaşdı - 1:1.

Matçda yadda qalan məqamlardan biri də dayı-bacoğlu duelinin yaşanması oldu.

Belə ki, "Qəbələ"nin qapıçsı Səlahət Ağayev meydan sahiblərinin gənc üzvü Qurban Səfərovun dayısıdır.

Təbii ki, birinin qapıçı, digərinin sahə oyunçusu olması səbəbindən onların tez-tez mübarizələrdə qarşılaşması yaşanmayıb.

90 dəqiqə ərzində cəmi 1 dəfə onların arasında ikili mübarizə baş tutub. O da qayda pozuntusu ilə başa çatıb.

Belə ki, görüşün 17-ci dəqiqəsində bir xeyli qabağa çıxaraq topu uzaqlaşdırmaq istəyən Səlahət Ağayevə bacısı oğlu Qurban mane olmağa çalışıb.

Gənc oyunçu təcrübəli dayısından daha cəld tərpənib topu ələ keçirə bilməyincə, qaydanı kobud şəkildə pozmalı olub.

Xoşbəxtlikdən qonaqların qolkiperi heç bir xəsarət almayıb. Tərəflər oyuna necə aludə olublarsa, cərimə zərbəsi təyin olunan epizodonun davamında bir-biri ilə əl də sıxmayıblar.

Epizoda ilk reaksiya isə "qırmızı qaralar"ın sabiq əməkdaşı Səbuhi Səfiyarlıdan gəlib.

O, ikili arasında baş verən epizodunun videosun "Dayıya bir şey olsaydı, bacoğlu axşam evə qayıtmayacaqdı" başlığı ilə öz sosial şəbəkə hesabından paylaşıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti