"Qarabağ"lıların qıcıq yaradan arxayınlığına bölgə klubundan gələn məsləhət nə oldu?

9 Oktyabr 2022 16:00 Maraqlı 978
"Qarabağ"lıların qıcıq yaradan arxayınlığına bölgə klubundan gələn məsləhət nə oldu?

Premyer Liqanın 9-cu turunun maraqlı qarşılaşmalarından biri də Qəbələdə baş tutacaq.

Eyniadlı komanda lider “Qarabağ”ı qəbul edəcək.

Bu iki klub arasında rəqabət illərdi davam edir. Hətta 2-3 mövsüm əvvəl aralarında gərgin çempionluq mübarizəsinin getməsi də yaddaşlardan silinməyib.

Düzdü, meydan sahibləri bir neçə il əvvəki ilə müqayisədə həm heyətinə, həm də iddiasına görə çox zəifləyib. Amma indiki halda belə bu dueldə maraqlı oyunlara şahidlik etmişik. Yəqin ki, bu dəfə də kifayət qədər məzmunlu, açıq futbolun oynanacağı bir qarşılaşma bizi gözləyir.

Oyuna kimi isə matçını gərginliyi hər iki komandanın fanatları arasında sosial şəbəkədə hiss olunmaqdadır.

Belə ki, “Qəbələ”nin rəsmi hesabından “4 gün sonra Qarabağ”la oyunumuz var” deyə paylaşım edilib. “Qırmızı qaralar”ın fanatları komandalarına ağır oyunda daha çox uğur arzuladıqları postda surpriz qonaqlarla qarşılaşıblar.

Çox sayda şərh yazan ağdamlı fanatlar bir nəfər kimi asan qələbə qazanacaqlarının mesajını veriblər. Bu, həm də bir növ “Qəbələ”ə tərəfdarlarını qıcıqlandırmağa xidmət etməsi təəssurtı yaradıb:

“Keçmiş olsun. Futbolda məğlub olmaq son deyil. Gələn oyuna baxın".

"Gəlin oyuna, bəlkə, "Qarabağ"dan nəsə öyrəndiniz".

"Qarabağ"ın növbəti məşq xarakterli oyunu olacaq".

"Bəribaşdan məğlubiyyətə hazır olun".

"Qəbələ" yaman sevinir. Yorğun "Qarabağ"ı udmaq xülyası, amma ikinci yox, üçüncü heyətlə belə "Qəbələ"ni rahat udarıq".

Tribunadakı rəqiblərinin bu xüsusda olan şərhlərinə səbrli yanaşma ortaya qoyan qəbələlilər 90 dəqiqənin sonunu gözləməyi məsləhət görüblər. Elə həqiqətdə də ən doğru olanı budur – matç sonunu gözləmək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu