Samir Abasov gələr-gəlməz öz “amplua”sına döndü: "DÖZƏRİK!"

27 Sentyabr 2022 20:00 Maraqlı 1 749
Samir Abasov gələr-gəlməz öz “amplua”sına döndü: "DÖZƏRİK!"

"Sumqayıt"da Samir Abasov dönəmi yenidən start götürdü.

O, yaxşı yerli məşqçi olması ilə bərabər, həm də xüsusi atmacaları ilə daim futbol ictimaiyyətinin yaddaşında qalıb.

Əbəs deyil ki, mətbuat nümayəndələrinin də Abasova məxsusi münasibəti var. Ki, onun sayəsində əksər vaxt oxunaqlı başlıq manşetləri bəzəyir.

43 yaşlı mütəxəssis dünən təyinatından sonra "Kimyaçılar"ı ilk məşqə çıxardı. Məşqdən öncə isə onun mətbuat nümayəndələri üçün brifinqi təşkil olundu.

Elə bu zaman məlum oldu ki, Samir bəyin atmaca vərdişi işsiz dönəmdə heç də "pas" atmayıb.

Belə ki, çəkiliş üçün baş məşqçinin durduğu yeri günəş şuası daha çox tuturdu. Bunu diqqətdən qaçırmayan operatorla məşqçi arasında kiçik dialoq yaşandı

- Samir müəllim, zəhmət olmasa bir qədər kənara çəkilin

- niyə?

- Çünki günəş şuası üzərinizə düşür

- Olsun, dözərik (gülür)

Abasovun cavabı media nümayəndələrinin də təbəssümü ilə qarşılandı.

Bu, onun qısa ayrılıqdan sonrakı startıdı, görünür, Abasovun timsalında qarşıda hələ belə replikalara çox şahidlik edəcəyik. Premyer Liqada rəqabətin, gərginliyin artması üçün bu da mütləq lazımdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti