SƏRT TƏLƏB - "Hanı o "Qarabağ" 5:0”, nə bilim, “7:0 uduzacaq” deyənlər?!”

10 Sentyabr 2022 22:40 Maraqlı 5 074
SƏRT TƏLƏB - "Hanı o "Qarabağ" 5:0”, nə bilim, “7:0 uduzacaq” deyənlər?!”

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinə məğlubiyyətlə başladı.

"Frayburq"un qonağı olan təmsilçimiz meydandan minimalhesablı məğlubiyyətlə ayrılmalı oldu - 1:2.

Amma uğursuz nəticəyə rəğmən, "ağdamlılar" ictimaiyyət tərəfindən xoş sözlərə layiq görüldü. Çünki təmsilçimiz hazırda Bundesliqanın birinci pilləsində qərar tutan kollektivə qarşı layiqli mübarizə apara bildi. Hətta oyunun böyük bölümünü Qurban Qurbanovun yetirmələri üstün keçirdi də deyə bilərik.

Matçdan sonra "Qarabağ"ın sosial şəbəkə hesabında əməlli-başlı şərh bolluğu diqqət çəkirdi. Ortaq fikir isə beləydi - Əhsən, "Qarabağ", lənət olsun hakimə.

Maraqlı olacağın nəzərə alıb bir neçə izləyicinin fikirlərin sizə təqdim edirk:

“Hər cür şərəfsizliklə qabağımızı kəsirlər”.

“VAR da hakim şərəfsizliyini davam etdirir”.
“Təşəkkürlər, "Qarabağ"!
Allah əclaf hakimin bəlasın versin”.

“Təbriklər Qarabağ! Udsan da, uduzsan da yanındayıq!
Hanı o Qarabağ 5-0, nə bilim, 7-0 uduzacaq deyənlər?!”.

“Hakim açıq aşkar “Qarabağ”ımız üçün basqı oldu. Almaniya Bundesliqasının lideri ilə səfərdə əzmkar oynadıq. Çox heyif ki, ilk 15 dəqiqədə olan təzyiqi atlaya bilmədi "Qarabağ". Cavab oyununda tam başqa olacağıq. Uğurlar”.

“Qarabağ” həm Almaniya komandasına qarşı oynadı, həm də hakimə qarşı. Və kim nə deyir desin, “Qarabağ” daha güclüdür rəqibdən. Uğurlar can “Qarabağ”. Bakıda inşallah, əla olacaq”.

"İndi siz təsəvvür edin ki, Qarabağın adı keçən futbol matçına belə ədalətli yanaşma ortaya qoya bilməyən Avropadan 30 il mədət ummuşuq! Allah Qarabağı sahibinə qaytaran Şəhidlərimizə rəhmət eləsin”.

"Qarabağ" sanki köhnə Braziliya millisi kimi nəticəyə deyil, prossesə köklənir: gözəl oyun, pis nəticə! Hakim sarıdan isə tarix boyu hər ikisi əziyyət çəkib: həm "Qarabağ ", həm Qarabağ. Amma bütün hallarda eşq olsun!”.

“Əzmkar mübarizəyə görə əhsən! Almaniya çempionatının lideri ilə Almaniyada belə oyun superdir!”.

“Hal-hazırda top 5-likdə olan, Almaniya Bundesliqasında 1-ci yerdə olan klub öz evində Sənə qarşı vaxtı uzadaraq oynayırsa, deməli, sən böyüksən "Qarabağ". Belə də davam et. Uğur özü gəlib tapacaq!”.

“Bu gün meydanda möhtəşəm komanda gördük, sadəcə şanssızlıq və hakim imkan vermədi!”.

“Hakimin şərəfsizliyindən başqa hər şey əla idi”.

“Hər şey üçün Qarabağa böyük bir təşəkkür düşür. Bu gün biz Bundesliqa birincisinə niyə uduzduq deyə müzakirə ediriksə bunu "Qarabağ"a borcluyuq. Yaxşı ki, varsan, Qarabağ “.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti