Qurban Qurbanovu İsveçrədə qəzəbləndirən kim(lər) olub?

29 İyul 2022 23:40 Maraqlı 2 376
Qurban Qurbanovu İsveçrədə qəzəbləndirən kim(lər) olub?

“Qarabağ” ağır İsveçrə səfərindən zəfərlə qayıtmağı bacardı.

“Sürix”lə qələbəyə bərabər heç-heçə (2:2) "köhlən atlar"ı Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə daşımış oldu.

Qarşılaşma təkcə oyun olaraq yox, həm erkən avtaqol və zədəlilərlə bağlı yaşadığımız şanssızlıq, həm də hakimlərin qərəzli idarəçiliyi ilə qarşılaşmağımız baxımından da çətin alındı.

Əbəs deyil ki, matçdan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov “oyunun əvvəlində taktiki savaş, sonra isə döyüş getdi” – deyə şərh verdi.

Qurbanovun sondakı sevinci də elə döyüşü qazanması ilə bağlamaq olar. Hər halda uzun illərdi avrokuboklarda qələbələri sıralayan təcrübəli mütəxəssis hələm-hələm belə sevinmir.

Məsələn, sonuncu dəfə eyni halın “Kopenhagen”i udub, Çempionlar Liqasına vəsiqə qazananda yaşandığını deyə bilərik.

Bu məqam azarkeşlərin də diqqətindən qaçmayıb. Onlar məlum sevinci özündə əks etdirən fotoya sosial şəbəkələrdə müxtəlif şərhlərlə aydınlıq gətirməyə çalışıblar:

“Qurban Qurbanov qələbəyə görə deyil, daha çox haqqsızlıq qarşısında sınmamağa görə sevinir".

“Allah hər zaman xalqıma belə sevincli günlər yaşatsın. Yaşa Qurban müəllim, yaşa, "Qarabağ"!".

“Çoxdandı Qurbanov belə sevinmirdi".

"Simasında sevinc hissi yoxdur".

“Halal olsun, Qurban!

“O boyda Avropanın ən xoşbəxt millətini depressiyaya salıb sevinər də".

“Uduzsaydıq indi bu şəxsi bəziləri topa tutacaqdı. Əhsən bu insana".

“Bu insana aldığı pullar da, Azərbaycanın çörəyi halaldı".

“Heç də hər zaman belə sevinmir. Görünür, hakimlərin nankorluğu onu da qəzəbləndirib. Elə sevincində də qəzəb gizləndiyi aşkar görünür. Təki hamı onun kimi bu öz millətini sevsin!”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti