Məşhur "Qarabağ"lıya məşhur aktyordan MARAQLI DƏSTƏK - FOTO

27 İyul 2022 19:40 Maraqlı 969
Məşhur "Qarabağ"lıya məşhur aktyordan MARAQLI DƏSTƏK - FOTO

"Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində bu gün "Sürix"in qonağı olacaq.

Komandamız artıq iki gündür İsveçrədədir. Bakıdakı matçı zədə səbəbindən buraxan Qara Qarayev də səfərə gedən heyətdə yer alıb.

Səfər proqramı ilə bağlı klubun hazırladığı videosujetdə Təcrübəli oyunçunun təyyarədə "Xəzər Tv"də yayımlanan "Komedixanı"nı izlədiyi görünüb.

Bu, verilişin məşhur aktyoru Ənvər Abbasovun da diqqətindən qaçmayıb.

O, həmin anı özündə əks etdirən fotonu öz sosial şəbəkə hesabında "Uğurlar, qardaş. Necə "Komedixana"ya baxıb gülə-gülə gedirsən, elə də gülə-gülə qayıdasan" başlığı altında paylaşaraq, Qarayevə vacib matçdan öncə dəstək göstərmiş olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!