"Neftçi"li fanatdan "Qarabağ"ın oyununda MARAQLI ADDIM - FOTO

20 İyul 2022 19:40 Maraqlı 1 352
"Neftçi"li fanatdan "Qarabağ"ın oyununda MARAQLI ADDIM - FOTO

"Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında "Sürix" üzərində 3-2 hesablı qələbə qazanmağı bacardı.

Matçı Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarından 30 minə yaxın azarkeş izlədi.

Təbii ki, bu sayda tərəfdarın hamısı sırf "Qarabağ" fanatları deyildi.

Arasında digər klublarımızın rənglərinə könül bağlayan, amma Avropa səhnəsində "Qarabağ"a dəstək olan yüzlərlə azarkeş də vardı. Bu, illərdi belədir.

Dünənki matçı izləyən həmin fanatlardan biri də əzəli rəqib "Neftçi"nin tərəfdarı olub.

Amma "ağ qara" formada olan azarkeş təmsilçimizə dəstək olmaqdan çox başqa addımı ilə diqqət çəkib.

Belə ki, digər azarkeşlər həyəcanla matçın gedişini izlədiyi halda, "Neftçi"li tərəfdar telefonundakı oyunla başını qatmağa üstünlük verib. Həmin anın fotosunu təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti