"Qarabağ"dan danışan PFL-in prezidentinin ünvanına elə sözlər yazdılar ki...

16 İyul 2022 22:20 Maraqlı 2 665
"Qarabağ"dan danışan PFL-in prezidentinin ünvanına elə sözlər yazdılar ki...

Dünən Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün püşkatma mərasimi keçirildi.

“CBC Sport” kanalında canlı yayımlanan tədbirdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev də iştirak edirdi.

Amma bu iştirak PFL rəhbərinə heç də xoş gələcək gətirmədi. Belə ki, jurnalistlərin suallarını cavablayarkən Musayev “Qarabağ”ın “Lex”i darmadağın etməsinə “Belə düşünürdük ki, “Qarabağ” "Lex"i keçə bilməyəcək. Amma Qurban Qurbanov onların adını dəyişdi, "lox" etdi” deməsi sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanıb.

İzləyicilər belə açıqlamanı əhəmiyyətli bir qurumun rəhbərinə yaraşdırmadıqlarını şərhlərdə qeyd ediblər. Hətta bunu təhqirlə edənlər də olub. Amma təbii ki, biz təhqirdən uzaq fikirləri sizlərə təqdim edirik:

“Hər nə olur olsun rəqibə hörmət etmək də özü bir kişilik və ləyaqətli davranışdır”.

“Lex” klubun bu sözlə bağlı məlumatlandırasan, onlar da bunu verə məhkəməyə, bizim də canımız qurtara bundan”.

“Bütün sahələr bu cür "peşəkarlarla" doludur”.

“Ləhcə ilə danışmağından hiss olunur ki, adamın efir mədəniyyəti yoxdur”.

“İctimai bədbəxt”.

“Bu nə çayxana söhbətidir. Rəsmi şəxssən rəqibə hörmətlə yanaş”.

“Azəbaycan xalqı da futbolda inkişaf gözləyir”.

“Bilmirsən güləsən, ya ağlayasan”.

“Artıq getməlidir. Yeri yoxdur, qocalıb, danışa da bilmir ya da utanır danışmağa”.

“Bu günədək heç bir çıxışında nə etika, nə qramatika görmədim! Təmsil elədiyi quruma yaraşmayan, layiq olmayan bir iş icra edir!”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti