Tolik paylaşım etdi, məşhur futbol adamı onu dəstəklədi - FOTO

11 İyun 2022 20:40 Maraqlı 1 298
Tolik paylaşım etdi, məşhur futbol adamı onu dəstəklədi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin jurnalistin qazilərlə bağlı sualını cavablandırmaqdan boyun qaçırması son günlərin əsas söhbət mövzusudur.

Nazirin davranışı müxtəlif media orqanları və sosial şəbəkə səhifələri tərəfindən tənqidlə qarşılanıb.

Bu dəfə şou-biznes sahəsindən prodüsser və aparıcı kimi tanıdığımız Tarix Əliyev dilə gəlib. Tolik “instagram” səhifəsində Sahil Babayevin hərəkətinə münasibət bildirib.

O, nazirin hərəkətinin düzgün olmadığını vurğulayaraq, qazi mövzusu ilə bağlı sualdan yayınmasının insanlarda qıcıq yaratdığını qeyd edib.

Paylaşım kifayət qədər müzakirələrə səbəb olub ki, şərh yazanların arasında ölkə futbolunun tanınmış siması diqqət çəkib.

Azərbaycan millisinin sabiq futbolçusu Mahir Şükürov Tarix Əliyevə dəstək nümayiş etdirib:

“Toliki istəməyən çox insan ola bilər. Amma kim qorxmadan belə şeylər paylaşar? Az adam. Nə yaxşı ki, varsan. Belə də davam”.

Çox keçməsən Tolik həmin paylaşımı silib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı