"Sportinfo" Neymarın azərbaycanlı oxşarını tapdı - FOTOLAR

29 May 2022 13:00 Maraqlı 2 673
"Sportinfo" Neymarın azərbaycanlı oxşarını tapdı - FOTOLAR

Dünya futbolunun nadir ulduzlarından biri – Neymar…

Braziliya mətbuatı ötən il bu məşhurla bağlı araşdırma aparıb və müəyyən edib ki, yer üzündə görünüşcə Neymara bənzəyən cəmi 3 şəxs var.

Heç şübhəsiz, onlardan biri azərbaycanlıdır. Gördüyünüz bu gənc oğlan Allahverdi Mehmanovdur.

Yaşı 17-dir, Şəmkir rayonundandır. Bakıda yaşayır və arzusu tezliklə universitet tələbəsi olmaqdır.

Onu görənlər bəzən PSJ-nin braziliyalı hücumçusuna rast gəldiklərini deyir.

Əgər Neymarın bir gün Bakıya yolu düşsə və Allahverdi ilə üz-üzə gəlsə, özü də bu oxşarlığa heyrət edər.

Elə bil, bir almadır, yarı bölmüsən… Siam əkizləri kimi. Bənzərlikləri bu qədər çoxdur yəni.

Xanoğlan İmanov / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti