Köhnə tanışlar "Qarabağ"ın matçında bir araya gəldi - VİDEO

14 May 2022 18:00 Maraqlı 725
Köhnə tanışlar "Qarabağ"ın matçında bir araya gəldi - VİDEO

Azərbaycan Premyer Liqasının 16-cı turundan təxirə salınmış matçda "Qarabağ" doğma meydanda "Sumqayıt"ı qonaq etdi.

Meydan sahiblərinin darmadağını ilə (5:0) başa çatan görüş həm də köhnə tanışların üz-üzə gəlməsi ilə yadda qaldı.

Belə ki, "Qarabağ"dan Rüstəm Əhmədzadə, "kimyaçılar"dan isə qapıçı Andrey Popoviç və Anatoli Nuriyev uzun müddət Ukrayna Premyer Liqasında bir-birlərinə rəqib olublar.

Rüstəm daha əvvəldən "Qarabağ"a təşrif buyurubsa, Nuriyev və Popoviçin ölkəmizə gəlişinə səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub.

"Üçlük" "Azərsun arena"dakı görüşün sonunda və fasilədə həm meydançanın kənarında, həm də dəhlizdə bir araya gələrək bir xeyli söhbətləşiblər.

Ukraynada yaşananlardan yaranan narahatlıq, üzüntü futbolçuların üz mimikalarından da hiss olunub. Yəqin ki, söhbətləşmənin də müzakirə mövzusu elə Ukraynadakı müharibə olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti