Avropanın ən yaşlı futbolçusu ilə yeni müqavilə

10 May 2022 00:00 Maraqlı 974
Avropanın ən yaşlı futbolçusu ilə yeni müqavilə

46 yaşlı futbolçu Georgi Petkov "Slaviya" (Sofiya) klubu ilə müqaviləni yeniləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Bolqarıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qapıçı ilə sözləşmənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Bolqarıstan yığmasının sabiq üzvü olan Georgi Petkov hazırda Avropada oynayan ən yaşı futbolçudur.

O, 2012-ci ildən "Slaviya"da çıxış edir. Petkov cari mövsümdə Sofiya təmsilçisinin heyətində 2 matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti