Məşhur idmançıdan Rəşad Sadıqova MESAJ - "Qardaşım..."

1 May 2022 17:40 Maraqlı 2 338
Məşhur idmançıdan Rəşad Sadıqova MESAJ - "Qardaşım..."

"Zirə" ölkə kubokunun yarımfinal mərhələsində "Neftçi"ni məğlub edərək finala yüksəldi.

Hər iki matçın 90 dəqiqəsi və əlavə 30 dəqiqə bərabərə bitincə komandalar penallaşmaya getmək məcburiyyətində qalmış oldu.

Burada isə daha yaxşı performans göstərən (4-2) Rəşad Sadıqovun yetirmələri finalda "Qarabağ"a rəqib oldu.

Bununla da "Zirə" tarixində ilk dəfə ölkə kubokunun finalına çıxmış oldu. Elə gənc mütəxəssis Rəşad Sadıqov üçün də məşqçi kimi ilk uğuruna imza atdı deyə bilərik.

Buna görə Sadıqov çox saylı təbriklər alıb. Onların arasında həm ölkəmizdə, həm də dünyada məşhur olan şəxs də var. Söhbət karatenin "Qara brilliant"ı olan Rəfael Ağayevdən gedir.

5 qat dünya, 11 qat Avropa çempionu "Qardaşım, mən səni və bütün komanda heyyətini ürəkdən təbrik edirəm. Finalda uğurlar arzu edirəm" - deyə Rəşad Sadıqova mesaj unvanlayıb. "Zirə"nin çalışdırıcısı isə həmin təbrik mesajını öz instaqram hesabında paylaşıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu