Klub prezidenti azərbaycanlı legioneri ölkədən buraxmadı - BU SƏBƏBDƏN

21 Aprel 2022 22:30 Maraqlı 760
Klub prezidenti azərbaycanlı legioneri ölkədən buraxmadı - BU SƏBƏBDƏN

Nepalın "Maçhındıra" klubu ilə müqaviləsi ötən ay başa çatan Nurlan Novruzov hələ də vətənə qayıtmayıb.

Buna səbəb klubun sahibi Kalyan Gurungun həmyerlimizin hələ bir müddət Nepalda qalmasını xahiş etməsi olub.

Belə ki, prezidentin yaxın qohumunun toy məclisi varmış. Nurlanın həmin toyda iştirakını istəyən prezident isə israrla onun toya kimi Nepalda qalmasını istəyib.

Toy mərasimi dünən baş tutub və 29 yaşlı hücumçu xeyir işdə iştirak edib. Futbolçumuz nəhayət, sabah vətənə qayıda biləcək.

N.Novruzov 2021-ci ildən bu komandanın formasını geyinir. O, "Maçhındra" ilə son mövsüm Nepal çempionu olub.

Hücumçu daha əvvəl Nepalda “Lalitpur Siti”nin də şərəfini qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti