"Düzünü deyim ki, onunla arvadımdan daha çox vaxt keçirirəm"

19 Aprel 2022 01:30 Maraqlı 2 331
"Düzünü deyim ki, onunla arvadımdan daha çox vaxt keçirirəm"

“Tottenhem”in hücumçusu Harri Keyn komanda yoldaşı Son Hın Minlə yaxın münasibətini yumoristik şəkildə şərh edib.

Sportinfo.az xəbər verir ki, Fransa mətbuatına açıqlama verən Keyn həyat yoldaşından daha çox Son ilə vaxt keçirdiyini söyləyib:

“Həyat yoldaşım Son Hın Mini qısqanır. Heç nə demir, lakin gələcəkdə nə isə problem yaratsa, təəccüblənmərəm.

Düzünü deyim ki, Sonla arvadımdan daha çox vaxt keçirirəm. Bunu stadionda da görə bilərsiz”.

Harri Keyn bu mövsüm “Tottenhem”in heyətində 12 qol və 8 məhsuldar ötürmə, Son Hın Min isə 17 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"