Azərbaycan klubunun Cəbrayıl səfərinə icazə verilmədi

19 Mart 2022 23:20 Maraqlı 1 004
Azərbaycan klubunun Cəbrayıl səfərinə icazə verilmədi

"Cəbrayıl" komandasının işğaldan azad olunmuş Cəbrayıl rayonuna səfər etmək planı barədə məlumat vermişdik.

Əslində belə bir təklif kluba "CBC Sport" kanalından gəlibmiş. Tərəflər səfərə müsbət yanaşıblar və qarşılıqlı razılıq olub.

Amma dövlət qurumlarından səfərlə bağlı lazımı icazəni almaq mümkün olmayıb. Belə ki, idman kanalının müraciətinə aidiyyatı qurumlardan mənfi rəy verilib. Səbəb isə hazırda Cəbrayıl rayonuna belə səfərin təhlükəli olması göstərilib.

Region Liqasına iştirak edən klub ötən yay- Cəbrayılın azad olunmasından sonra yaradılıb.

Komandanın prezidenti və baş məşqçisi Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Cavid Hüseynovdur.

Cəbrayıl rayonu Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də erməni işğalından azad edilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti