Sabiq "Qarabağ"lı 4 il əvvələ qayıtdı, elə paylaşım etdi ki... FOTO

12 Mart 2022 23:40 Maraqlı 899
Sabiq "Qarabağ"lı 4 il əvvələ qayıtdı, elə paylaşım etdi ki... FOTO

"Qarabağ"ın mətbuat xidmətinin sabiq əməkdaşı Yusif Hüseyn maraqlı paylaşımı ilə diqqət çəkib.

O, öz sosial şəbəkə hesabından birvaxtlar İspaniyanın ünlü Marka nəşrinin "Qarabağ"a məxsus paylaşımı manşetə çıxarmasını yada salıb.

Yusif bəy paylaşımına "Uğurlar sadəcə meydanda deyildi" başlığını seçməklə, sanki meydandan kənardakı parlaq fəaliyyətini yenidən yada salmış, diqqətə çatdırmış olub.

Xəbərsiz olanlara bildirək ki, söhbət 2017-2018 mövsümünə təsadüf edir. "Qarabağ" həmin mövsüm Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopenhagen" komandasını iki oyunun nəticəsinə görə (1:0, 1-2) mübarizədən kənarlaşdıraraq qrup mərhələsində vəsiqə qazanmışdı.

Burada isə hər iki matçda da İspaniya nəhəngi "Atletiko" ilə heç-heçə edərək adlı-sanlı rəqibin Avropa Liqasına yuvarlanmasına şərait yaratmışdı. Təsadüfdən Avropanın ikinci dərəcəli futbol turnirində "Kopenhagen" Madrid "Atletiko"su ilə qarşılaşmışdı.

Məhz bu oyundan öncə "Qarabağ"ın mətbuat xidməti "Qarabağ"ımızı unutmayacaq iki rəqibə də uğurlar arzulayırıq" başlığı ilə etdiyi paylaşımda keçmiş rəqiblərinə ilişmişdi. Atmaca təkcə ölkəmizdə deyil, İspaniyada da geniş maraqla qarşılanmışdı.

Hazırda Peşəkar Futbol Liqasında çalışan Yusif bəy "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovla uzun müddət çiyin-çiyinə işləyib. İbrahimovun məlum hadisəndən sonra komandadan ayrılmasından qısa müddət sonra o da Ağdam təmsilçisindən ayrılmışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti